Bağla

Ginekomastiya əməliyyatı

Ginekomastiya – kişilərdə döş toxumasının normadan artıq böyüməsi vəziyyətidir. Bu, hormonal balanssızlıq, genetik meyillik, dərman istifadəsi və ya piy toxumasının çoxalması ilə bağlı ola bilər. Əməliyyat əsasən estetik məqsəd daşıyır və döş konturunu bərpa edir.

Ginekomastiya əməliyyatı

08 mart, 2026

Ginekomastiya – kişilərdə döş toxumasının normadan artıq böyüməsi vəziyyətidir. Bu, hormonal balanssızlıq, genetik meyillik, dərman istifadəsi və ya piy toxumasının çoxalması ilə bağlı ola bilər. Əməliyyat əsasən estetik məqsəd daşıyır və döş konturunu bərpa edir.

Əməliyyat kimlər üçün uyğundur?


    •    Döş böyüməsi ilə narahat olan kişilər
    •    Hormonal və ya tibbi müalicəyə cavab verməyən xəstələr
    •    Sağlamlıq baxımından əməliyyata uyğun olan hər kəs

Konsultasiya


Ginekomastiya əməliyyatına qərar vermədən əvvəl həkim sizin döş bölgənizi müayinə edir və hansı tip ginekomastiyanın mövcud olduğunu müəyyənləşdirir. Bu mərhələdə döş böyüməsinin piy yığılması nəticəsində, yoxsa süd vəzi toxumasının artması səbəbilə yarandığı dəqiqləşdirilir.
Əgər problem böyümüş süd vəzisi toxumasından qaynaqlanırsa, həmin toxuma cərrahi olaraq çıxarılır. Bu zaman adətən aerola (məmə başı ətrafı) boyunca incə kəsik edilir və çapıq bu rəngli hissədə gizlədildiyi üçün daha az nəzərə çarpır.
Döş böyüməsi yalnız artıq piy yığılması ilə əlaqəlidirsə, cərrah kəsik etmədən və ya çox kiçik giriş nöqtələri ilə liposaksiya tətbiq edərək piyləri çıxarır.
Döşlərin həddindən artıq böyük olduğu hallarda isə təkcə piyin təmizlənməsi kifayət etmir. Artıq sallanan dəri varsa, əməliyyata dərinin yığılması (dartılması) proseduru da əlavə oluna bilər.

Sağalma prosesi:


    •    Əməliyyatdan sonra bir neçə gün ərzində yüngül ağrı, şişlik və göyərmə normaldır
    •    Həkim tərəfindən təyin olunan korset 1 ay taxılmalıdır.
    •    Ağır fiziki hərəkətlər və idman 4–6 həftə müddətində məhdudlaşdırılır
    •    Xəstələr əməliyyatdan 1 həftə sonra gündəlik işlərinə qayıda bilirlər
    •    Nəticələr adətən əməliyyatdan 3 ay sonra tam görünür

Əməliyyat necə aparılır?


Ginekomastiya əməliyyatı vena daxili və ya ümumi anesteziya altında həyata keçirilə bilər. Seçim xəstənin yaşı, döş toxumasının miqdarı və əməliyyatın mürəkkəbliyi nəzərə alınaraq həkim tərəfindən müəyyən edilir.

Əməliyyat təxminən 1 saat davam edir. Prosedurdan sonra xəstələr adətən eyni günün axşamı və ya ertəsi gün evə buraxılır və rahat şəkildə dincəlməyə davam edə bilirlər.